Slimfit
  1. AZƏRBAYCAN

“Azərişıq” ASC-nin tabeliyində yeni idarə yaradılıb

“Azərişıq” ASC-nin tabeliyində yeni idarə yaradılıb
Sakura

“Azərişıq” ASC-nin tabeliyində yeni idarə yaradılıb

Nazirlər Kabineti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə”  qərarında dəyişikliklər edib. 

Dəyişikliklər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) ilə bağlıdır.

Dəyişikliyə əsasən Sabirabad və Saatlı rayon elektrik şəbəkələri Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (İmişli), Şirvan, Hacıqabul, Salyan, Neftçala rayon elektrik şəbəkələri Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (Şirvan) tərkibindən çıxarılıb. Qərara əsasən Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan)  yaradılıb və Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri bu idarənin tərkibinə verilib.

 

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR