Slimfit
  1. CƏMİYYƏT

"Azərişıq" abonentin şikayətinə münasibət bildirdi

"Azərişıq" abonentin şikayətinə münasibət bildirdi
Sakura

"Azərişıq" abonentin şikayətinə münasibət bildirdi

Azərişıq ASC sosial şəbəkələrdə və bəzi KİV-lərdə qurum tərəfindən abunəçilərin sayğaclarının müəyyən edilmiş müddətdə (30 gün) oxunmaması və bu səbəbdən də artıq sərfiyyat yazılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Axar.az-a açıqlamasında bildirib ki, abonentin yaydığı məlumat həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, şikayət edən abunəçinin iddiasının əksinə olaraq onun sayğacının son oxunma müddəti daha tez olub:

"Azərişıq ASC-nin proqram təminatı imkan verir ki, istehlakçıya aid bir neçə məlumatın təhlili ilə kim olduğu müəyyənləşsin. Şəkildə görünən bildiriş istehlakçı Nigar Zeynalovaya aiddir. Xətai Rayonu, Əhmədli qəsəbəsi, Zığ yolu ünvanında qeydiyyatdadır. İstehlakçı ilə hesablaşma aparılan sayğacın oxunma vaxtı hər ayın 8-9-u aparılmaqdadır. Noyabr ayında göstərici ayın 7-si və oxunma tsiklinin vaxtı 29-gün olub (oktyabr ayında 9-u oxunduğu üçün). Abonentin dili ilə desək, burada “Azərişığ”a ziyan dəyib. Lakin buna belə baxmaq doğru deyildir.

Hər ay əvvəlki ayın sayğac indeksi ilə fərq tapılır və sərfiyyat ona görə hesablanır. Bayram və qeyri-iş günlərinə düşdüyü zaman 1-2 gün fərq ola bilir. Lakin bu gecikmədən abonent Nigar Zeynolavaya heç bir ziyan dəyməyib. İstehlakçı 32-gün ərzində 528 kVts istifadə edərək 300 kVts-güzəşt limitini 228 kVts keçib. Bir aylıq (30 gün olanda) sərfiyyatı ortalama olaraq 495 kVts-dır. Belə olan halda limiti 195 kVts keçmiş sayılır.

Növbəti sayğac oxunmasında ona təqdim ediləcək bildirişdə göstərilən əvvəlki ayın göstəricisi ilə fərqi görəcəkdir. Elektrik enerji sərfiyyatı təqvim günlərinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına uyğun olaraq elektrik enerjisinin sərfiyyatı sonuncu sərfiyyat göstəricisindən əvvəlki sərfiyyat göstəricisi çıxılaraq 300 kVt/saata qədər 7 qəpikdən, 300 kVt/saatdan sonrakı sərfiyyat isə 11 qəpikdən hesablanır. Hesablama avtomatik olaraq bazada aparılır. Burada insan faktoru yoxdur.

“Azərişıq ASC-nin əməkdaşı sadəcə elektrik sayğacının sərfiyyat göstəricisini bazaya daxil edir. Yəni aylıq sərfiyyat tam dəqiqliklə hesablanır və verilən bildiriş-xəbərdarlıqda öz əksini tapir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR