Slimfit
  1. İQTİSADİYYAT

“Azərişığ”ın tətbiq etdiyi güzəşt istehlakçıların xərclərini 13% azaldıb

“Azərişığ”ın tətbiq etdiyi güzəşt istehlakçıların xərclərini 13% azaldıb
Sakura

“Azərişığ”ın tətbiq etdiyi güzəşt istehlakçıların xərclərini 13% azaldıb

Bu ilin aprel ayında Azərbaycanda elektrik enerjisinin 1 kVt/saatının orta qiyməti mart ayına nisbətən 12,5% az olub. 

Ens.az xəbər verir ki,bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumatda deyilir ki, ucuzlaşmanın səbəbi əhali qrupu üzrə elektrik enerjisinin güzəştli istehlak limitinin 300 kVt/saatdan 400 kVt/saata qədər artırılmasıdır. 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq aprel-may ayları üçün əhali qrupu istehlakçıların aylıq güzəştli elektrik enerjisi limiti 100 kVt/saat artırılıb. Bu isə “Azərşığ"ın əhali abunəçilərinin 88%-ni əhatə edir. 

Qeyd edək ki, "Azərişığ”ın 2,7 milyona yaxın abunəçisi var ki, onun da 45%-i əhali qrupudur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR