Slimfit
  1. AZƏRBAYCAN

“Azəriqaz” təbii qaza görə tətbiq edilən limitlə əlaqədar yazılara münasibət bildirib

“Azəriqaz” təbii qaza görə tətbiq edilən limitlə əlaqədar yazılara münasibət bildirib
Sakura

“Azəriqaz” təbii qaza görə tətbiq edilən limitlə əlaqədar yazılara münasibət bildirib

 “Azəriqaz” İstehsalat Birliyi son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu, Hökməli kənd sakini Sahib Məmmədova istinadən təbii qaza görə tətbiq edilən limitlə əlaqədar dərc olunan yazılara münasibət bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev “Report”a bildirib ki, bununla bağlı yazılanlar və söylənilən fikirlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Sahib Məmmədov “Facebook” səhifəsində dəqiqləşdirmədiyi məlumatı paylaşmaqla təbii qaz istehlakçiları arasında çaşqınlıq yaradıb. İ.Kərballayev S.Məmmədovun yazdıqlarına cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib.

“Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Abşeron rayonunun Hökməli kənd sakini Sahib Məmmədov tərəfindən GPG15337530 nömrəli qaz sayğacına 31 dekabr 2018-ci il tarixində saat 11:29 radələrində ödənilmiş 5 AZN vəsait il ərzində verilmiş limiti keçdiyi üçün 20 qəpik tarifi ilə hesablanıb. Belə ki, qeyd olunan ünvanda 2018-ci il ərzində təbii qazdan istifadə üçün, ümumilikdə, 300 AZN vəsait ödənilmiş və Tarif (Qiymət) Şurasının Qərarına əsasən, 2 350 kub metr qaz hesablanıb. İl dəyişdikdən sonra 3 yanvar 2019-cu il tarixində 1 AZN və 10 AZN olmaqla 11 AZN vəsait ödənilmiş və abonentin sayğacına 10 qəpik tarifi ilə 110 kub metr qaz sərfi yüklənib”, - deyə İ.Kərbalayev vurğulayıb.

“Azəriqaz” rəsmisi əlavə edib ki, İTRON Smart tipli qaz sayğaclarda əvvəldən ödəniş sistemi ilə idarə olunduğundan limitin idarə olunması ödəniş sistemində idarə olunur: “Ödəniş sistemi ilə sayğac arasında informasiya əlaqəsi olmadığı üçün ödəniş edilən tarix həmin ilin limitinə aid edilir. Hesabat aparılan ödənişlər əsasında formalaşır və əhali istehlakçıları üzrə 1700 kub metr limit 01.01.2019-cu il tarixdən başlayaraq smartkarta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanır”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR