Slimfit
  1. MEDİA

“Azəriqaz” İB-nin xidmətləri Səyyar ASAN xidmətdə

“Azəriqaz” İB-nin xidmətləri Səyyar ASAN xidmətdə
Sakura

“Azəriqaz” İB-nin xidmətləri Səyyar ASAN xidmətdə

1 avqust 2018-ci il tarixindən etibarən Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Hövsan qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.

            Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

            Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ  xidmətdən yararlana bilərlər.

            Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

            “ASAN xidmət”-in fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya  www.asan.gov.az saytından əldə etmək olar.

           

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR