Slimfit
  1. MEDİA

“Azəriqaz” İB-nin vətəndaşlara “hədiyyəsi” barədə rəsmi açıqlama

“Azəriqaz” İB-nin vətəndaşlara “hədiyyəsi” barədə rəsmi açıqlama
Sakura

DİQQƏT! DÜNƏN GECƏ SAATLARINDAN YAYILAN YANLIŞ MƏLUMATLARA ALDANMAYIN!

Dünən gecə saatlarından smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı insanların kütləvi aldadılması halları aşkarlanıb. Sosial şəbəkələrdə bəzi insanlar yanlış məlumatlar paylaşıb. Səs yazıları, elanlar verilib. “Azəriqaz” İstehsalat Birliyi olaraq bəyan edirik ki, belə məlumatlara aldanmayın və aşağıdakı şərhimizə diqqətlə yanaşın. 

Ümumiyyətlə smart-kartın bərpası deyilən bir xidmət mövcuddur. Yəni sosial şəbəkələrdə bu barədə yayılan video materialda da həmin proses tam düzgün izah olunur. Smart-kart necə bərpa olunursa, ondan danışılır.  Abonent məsələn, 10 manat vəsait yükləyib. Bu zaman kartı terminaldan tez götürərkən və ya həmin anda internet ötürücülərdə problem yaranarsa, vəsait karta yüklənməyə bilər. Amma ödəniş ödəmə qəbzində əksini tapır. Bir anda abonent vəsaitin yükləndiyini başa düşür və gəlib kartdakı məbləği sayğaca yükləyəndə, sıfır göstəricisi göstərir. Bu halda məsləhət görülür ki, smart-kart təkrar aparılmalıdır ödəniş terminalına və menyuda “Smart-kartın bərpası” seçilməklə əvvəlki məbləğ yenidən yüklənilməlidir. Yəni proses bu qədər sadədir. Lakin kimlərsə bunu tamam başqa məqsədlərə yönəldib. Dünən gecə saatlarından etibarən belə bir ajiotaj yaradılıb ki, ödəniş terminallarında “Smart-kartın bərpası” düyməsini klikləməklə kartlara əlavə 10 manat da yükləmək mümkündür. Bəziləri bunu “Azəriqaz” İB-nin vətəndaşlara “hədiyyəsi” kimi də qələmə verib. Birliyin sosial şəbəkələrdə apardığı monitorinq zamanı da müşahidə edilib ki, bəzi marketlərdəki ödəmə terminalları qarşısında gecə saatlarında hətta növbələr də yaranıb. Bildirmək istərdik ki, bu yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsur yarada bilər. Çünki hər ödəmə bir vahid kod üzərində icra olunur və təkrarsızdır. Yəni kartı ödəmə terminalına zərurət olmadığı halda daxil edib “Smart-kartın bərpası” düyməsini klikləyib əməliyyatı həyata keçirmək, yalnız həmin kartın sıradan çıxmasına gətirib çıxara bilər. Belə olan halda kartda yaranan qüsurlara görə yeni məbləğ yükləniləndə problemlər yaranacaq və bundan başqa abonentlər kartlarının əvvəlki qaydada işləkliyini təmin etmək üçün “ASAN xidmət”, “ASAN Kommunal” və Birliyin xidmət sahələrinə üz tutmalı olacaqlar. Bu zaman onların həm vaxt itkisi ilə üzləşməsi, həm də müəyyən müddətə qazsız qalması qaçılmazdır. 

Ona görə də diqqətinizə çatdırırıq ki, belə çağırışlardan çəkinəsiniz. Hər hansı yanlış məlumat sizin qazdan normal şəkildə istifadənizi əngəlləyə, eyni zamanda istifadənizdə olan qurğuların sıradan çıxmasına gətirib çıxara bilər. Düzgün, dürüst məlumatları yalnız “Azəriqaz” İstehsalat Birliyinin 104/185 Çağrı Mərkəzi, (+994 70) 3 104 104 "Whatsapp" nömrəsinə, eləcə də sosial şəbəkələrdəki ünvanlarımıza suallar göndərməklə əldə edə bilərsiniz. Bir daha xatırladırıq ki, qaz istifadəçisi olan abonentlər üçün Azərbaycan Dövlətinin bir əsas güzəşti var, o da illik 2200 kubmetr həcmində qazdan hər kubmetrə görə 10 qəpikdən istifadə ilə bağlıdır. 

“Azəriqaz” İstehsalat Birliyi bu məsələdə hüquq-mühafizə orqanlarının köməklik göstərməsini istəyir. Çünki sosial şəbəkələrdə belə dələduz əməllərlə məşğul olanlar 2 milyon 300 minə yaxın abonenti olan bir təşkilatın işini bir anda iflic vəziyyətinə sala bilər. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR