“AZƏRİQAZ” İB-dən açıqlama
Fevralın 25-də Ağsu Regional qaz istismarı İdarəsinin (RQİİ) rəis müavini Elsəvər Rafiq oğlu İslamov tutduğu vəzifədən azad edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti müqavilə ilə çalışmaq istəyən vətəndaşa əvvəlcədən vəd verərək aldatma və s. əməllərinə görə işdən uzaqlaşdırılıb. Qeyd edək ki, E.İslamov Ağsu RQİİ-nin rəis müavini kimi son bir həftə ərzində Göyçay rayonu üzrə xidmət sahəsinə nəzarət işlərini həyata keçirib.
“Azəriqaz” İB bir daha bəyan edir ki, bütün struktur bölmələrdə, o cümlədən RQİİ-də məsul şəxslər vətəndaş məmnuniyyətini təmin etmək və baş verən problemlərin vaxtında aradan qaldırılması üçün səylə çalışmalıdır. Bundan başqa, xüsusən də Birliyin vəzifəli şəxsləri rəhbərlik etdikləri kollektivlərdə işgüzar mühitin səmərəliliyinin artırılmasına və qanunvericiliyin tələblərinin icrasına diqqət ayırmalıdırlar. Əks halda vəzifəsindən asılı olmayaraq nöqsanlara yol verən istənilən şəxs barəsində qanun çərçivəsində cəza tədbirləri görüləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət