Slimfit
  1. MEDİA

“AZƏRİQAZ” İB-DƏ KEÇİRİLƏN AUDİTİN YEKUNU OLARAQ BİR SIRA TƏKLİFLƏR VERİLİB

“AZƏRİQAZ” İB-DƏ KEÇİRİLƏN AUDİTİN YEKUNU OLARAQ BİR SIRA TƏKLİFLƏR VERİLİB
Sakura

“AZƏRİQAZ” İB-DƏ KEÇİRİLƏN AUDİTİN YEKUNU OLARAQ BİR SIRA TƏKLİFLƏR VERİLİB

“Azəriqaz” İstehsalat Birliyində ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” üzrə keçirilən audit yekunlaşdırılıb. Bununla əlaqədar müştərilərlə bilavasitə ünsiyyətdə olan struktur bölmələrin iştiraki ilə keçirilən görüşdə baş direktor Ruslan Əliyev bildirib ki, 2015-ci ildən Birlikdə tətbiq olunan ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartının tələbləri daima gözlənilib və bu standartın tətbiqi müştəri məmnunluğunun yüksəldilməsinə təkan verib.

Daha sonra Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələrinin keçirdikləri auditin nəticələrinə dair müzakirələr aparılıb və idarəetmənin daha da təkmilləşdirilməsi üçün təkliflər irəli sürülüb.

Bildirilib ki, müştərilərlə bilavasitə ünsiyyətdə olan Birliyin əməkdaşları davamlı təlimlərə cəlb edilməli, müraciətlərin məzmununa uyğun olaraq analizlər aparılmalı, müştəriyə geri dönüş imkanları artırılmalı və təkrarlanan müraciətlərin yaranma səbəbləri müzakirə edilməlidir.

Qeyd edək ki, Türk Standartları İnstitutunun keçirdiyi audit zamanı Birliyin fəaliyyətində hər hansı uyğunsuzluq aşkar edilməyib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR