Slimfit
  1. AZƏRBAYCAN

“Azəriqaz”: Cari ildə “ASAN xidmət” vasitəsilə 147,5 mindən çox istehlakçıya xidmət göstərilib

“Azəriqaz”: Cari ildə “ASAN xidmət” vasitəsilə 147,5 mindən çox istehlakçıya xidmət göstərilib
Sakura

“Azəriqaz”: Cari ildə “ASAN xidmət” vasitəsilə 147,5 mindən çox istehlakçıya xidmət göstərilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) bu il “ASAN xidmət” vasitəsilə 147 min 583 istehlakçıya xidmət göstərib.

İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandakı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Cari ilin səkkiz ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 147 min 583 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR