Slimfit
  1. CƏMİYYƏT

"Azəriqaz": "Bütün abonentlər qaz limitinə nəzarət edə biləcəklər"

"Azəriqaz": "Bütün abonentlər qaz limitinə nəzarət edə biləcəklər"
Sakura

"Azəriqaz": "Bütün abonentlər qaz limitinə nəzarət edə biləcəklər"

Yaxın günlərdə bütün abonentlər istifadə etdikləri qazın limitinə nəzarət edə biləcəklər.

Bunu BBC News Azərbaycancaya "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbəlayev deyib.

"Mexaniki qaz sayğaclarının göstəricisi oxunan zaman abonentə bildiriş təqdim olunur. Həmin bildirişdə illik istehlak olunmuş qaz həcmi kubmetrlə göstərilir.

Həmçinin elektron, həm də mexaniki qaz sayğaclarından istifadə edən abonentlər ASAN Xidmət, ASAN Kommunal Mərkəzlərində baza - yəni ötən illər ərzində də sərf etdikləri qazın kubmetrini ödədikləri məbləğin bildirişləri ilə tanış ola, onların çap formasında əldə edə bilərlər".

İbrahim Kərbəlayev bildirib ki, "indiyə qədər yalnız smart kart sayğaclarından istifadə edən əhali qaz limitinə nəzarət edə bilirdi".

"Həmçinin elektron qaz sayğaclarından aparatlarla ödəniş olunan zaman qəbzin üzərində də illik qaz sərfiyyatı öz əksini tapacaq", - Azəriqaz İB sözçüsü deyib.

Tarif Şurası çərşənbə axşamı təbii qazın güzəştli məbləğlə istifadəsində tətbiq olunan illik limiti 500 kubmetr artırıb. Yəni, güzəştli istifadədə illik limit artıq 2200 kubmetrdir.

Bu o deməkdir ki, əhali 2200 kubmetrə qədər istifadə etdiyi qazın hər kubmetrinə 10 qəpik, limiti keçəndən sonra 20 qəpik ödəyəcək.

İndiyə qədər 10 qəpik ödənilən limit 1700 kubmetr idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR