Slimfit
  1. İQTİSADİYYAT

"Azəriqaz” bu il 43 yaşayış məntəqəsinə təbii qaz verib

"Azəriqaz” bu il 43 yaşayış məntəqəsinə təbii qaz verib
Sakura

"Azəriqaz” bu il 43 yaşayış məntəqəsinə təbii qaz verib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi (İB) bu il 43 yaşayış məntəqəsinə təbii qaz verib.

"Report" xəbər verir ki, bu barədə İB-nin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” təxirə salınmaz işlər həyata keçirir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. 

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün İB bu ilin yanvar-avqust aylarıda 2 141,1 km yeni qaz kəməri quraşdırıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 160,8 km qaz kəmərini əsaslı təmir edib. 

Bu il aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Ağcabədi, Bərdə, Şəki, Göyçay, İsmayıllı, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR