Dərc edildi: Baxış sayı: 443
“Azəriqaz” “ASAN Xidmət”lə 200 min istehlakçıya xidmət edib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə 200 minə yaxın istehlakçıya xidmət edib.
“Azəriqaz”dan Azvision.az-a verilən məlumata görə, bu il Azərbaycanda fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Bu ilin on ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 199 680 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət