Slimfit
  1. CƏMİYYƏT

"AzerGold": "Gədəbəydəki məsələ ilə heç bir bağlılığımız yoxdur"

"AzerGold": "Gədəbəydəki məsələ ilə heç bir bağlılığımız yoxdur"
Sakura

"AzerGold": "Gədəbəydəki məsələ ilə heç bir bağlılığımız yoxdur"

Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı “AzerGold” QSC nin heç bir bağlılığı yoxdur.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

"Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsini ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti həyata keçirir", - deyə şirkət bəyan edib.

“AzerGold” koloji siyasətində metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunmasında ətraf mühitin qorunması və təbii ehtiyatlardan dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə istifadəni əsas götürür. Cəmiyyət həmçinin öz fəaliyyətində ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə mütərəqqi üsulları tətbiq edir, ətraf mühitə mənfi təsirin qarşısını alan qoruyucu və qabaqlayıcı tədbirlər görür, davamlı monitorinqlər həyata keçirir. Bu tədbirlər çərçivəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq tozölçmə işləri icra edilir, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillər aparılır. Şirkətimiz hər zaman ətraf mühitin mühafizəsinə dair ictimai fəal mövqe nümayiş etdirir. Cəmiyyətin koporativ sosial məsuliyyət layihələri çərçivəsində mütəmadi olaraq hasilat fəaliyyəti aparılan Daşkəsən rayonunda ətraf kəndlərin yerli əhalisi ilə birlikdə ekoloji aksiyalar təşkil edilir", - deyə açıqlamada qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR