Slimfit
  1. AZƏRBAYCAN

"Azərenerji"də yeni təyinatlar olub

"Azərenerji"də yeni təyinatlar olub
Sakura

"Azərenerji"də yeni təyinatlar olub

"Azərenerji" ASC-də iki yeni təyinat olub. 

"Report" xəbər verir ki, Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev "Azərenerji"nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.

Bundan başqa, "Azərişıq" ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev "Azərenerji" prezidentinin müşaviri təyin olunub.

Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər "Azərişıq" ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona "Əməkdar mühəndis" fəxri adı verib.

Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.

Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Rzayev "Azərenerji"nin prezidenti təyin edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR