Slimfit
  1. İQTİSADİYYAT

“Azərenerji” ötən ay 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib

“Azərenerji” ötən ay 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib
Sakura

“Azərenerji” ötən ay 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib

 Bu ilin sentyabr ayında “Azərenerji” ASC 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. 

Bu barədə "Report”a qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 mlrd. kVt/saat və yaxud 5,9% azdır. 

“Bu ilin müvafiq dövrü ərzində ölkə enerjisisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Bununla yanaşı, "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi diqqətdən keçirilir və bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə ardıcıl tədbirlər görülür”, - Y.Babanlı əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR