Azercell internetin qiymətini 20% qaldırdı
Son günlərdə yaşanan qiymət artımı, eləcə də Asan imza-nın aylıq abunə haqqının qaldırılması mübahisələrə səbəb oldu.
Hazırda bununla bağlı müzakirələr davam etdiyi bir zamanda Azercell şirkəti də internet xidmətinin qiymətini qaldırıb.
Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azercell-in 10 Gb internet paketinin aylıq abunə haqqının qaldırılmasına münasibət bildirib: “Azercell dövlət şirkətinə çevriləndən sonra gözlənilirdi ki, hökumət, yəni NRYTN yeni investisiya imkanları axtaracaq, batmaqda olan şirkətə dövlət tərəfindən investisiyalar yatırılacaq və sonradan yenidən özəlləşdirilməyə təqdim ediləcək.
Dövlət şirkətinə çevrilən qurum bu aydan eibarən DATA kartlarda istifadə edilən 10 Gb internet paketlərin aylıq abunə haqlarını 20% qaldıraraq 12 manat edib. 3 iyul 2018-ci il tarixədək bu qiymət 10 manat olub.”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət