Dərc edildi: Baxış sayı: 538
Azərbaycanlıların “rusca” sevgisi: 30 min müraciət...
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin rus bölməsinin I siniflərinə qəbul ilə bağlı müraciət edənlərin sayı 30 mindir.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, rus bölməsi üçün 15 min plan yeri ayrılıb:
“2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 min 780 uşağın qəbulu ilə bağlı müraciət edilib. Onlardan 15 min şagird rus bölməsinə qəbul edilib. Bu il də ötənilki kimi rus bölməsi üçün ayrılan plan yerləri 15 mindir. Lakin rus bölməsinə qəbul üçün keçirilən müsahibə mərhələsinə 30 min nəfər müraciət edib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət