Azərbaycanlıların əcnəbilərlə nikah bağlaması halları azalıb
Azərbaycan vətəndaşlarının əcnəbilərlə bağladığı nikahların sayı azalıb.
Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Bu ilin yanvar-fevral ayları ərzində 140 nəfər Azərbaycan vətəndaşı olan qadın əcnəbi ilə nikaha daxil olub.
Azərbaycanlı qadınlarla nikaha daxil olan daha çox Rusiya, Türkiyə və Gürcüstan vətəndaşlarıdır.
Ötən dövr ərzində qadınlarla yanaşı, Azərbaycan vətəndaşı olan kişilərin də əcnəbi qadınlarla nikah bağlaması halları azalıb.
2015-ci ildə 1281 nəfər, 2016-cı ildə 1121 nəfər, 2017-ci ildə 1158 nəfər, 2018-ci ildə 1060 nəfər, 2019-cu ilin yanvar-fevral ayları ərzində 132 nəfər Azərbaycan kişisi əcnəbi qadınla ailə qurub. Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət