Dərc edildi: Baxış sayı: 562
Azərbaycanlılar hər ay siqarətə nə qədər pul xərcləyir?
Yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkələrində 32,4 milyard manat məbləğində məhsul satılıb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 2,7 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, istehlakçılar hesabat dövründə 16,272,7 milyon manatlıq ərzaq məhsulları, alkoqollu və tütün məmulatları, 16164,1 milyon manatlıq qeyri-ərzaq məhsulları, müvafiq olaraq, illik 2,2% və 3,3% artımla satın alıblar.
“Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,7 manatlıq qeyri-ərzaq məhsulları alıb”, - məlumatda belə deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət