Dərc edildi: Baxış sayı: 755
Azərbaycanlı Ukrayna Baş prokurorunun müavini ola bilər
Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka özünə təyin edəcəyi müavinlərlə bağlı yaxın günlərdə açıqlama yayacaq.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ukrayna KİV-i bu posta namizədlər arasında Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovun da adını qeyd edirlər.
Bundan başqa, digər namizədlər sırasında general-mayor Viktor Trepak və eks-Baş prokuror Viktor Şokinin keçmiş müavini olmuş, 2016-cı ildə Şokinlə fikir ayrılığına görə istefa verən Vitali Kaskonun da adı hallanır.
Qeyd edək ki, R. Ryaboşapka ötən gün Vinnitskaya, Jitomirskaya, Odessa və Çerkasskaya vilayətlərinin prokurorlarını vəzifələrindən azad edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət