Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanlı tələbə İstanbulda bayrağımızla ilkə imza atdı

Azərbaycanlı tələbə İstanbulda bayrağımızla ilkə imza atdı
Sakura

Azərbaycanlı tələbə İstanbulda bayrağımızla ilkə imza atdı

Türkiyənin İstanbul Universitetində təhsil alan azərbaycanlı gənc Aysel Həsənova "İstanbul Akvarium"da möhtəşəm ideya gerçəkləşdirib.

Publika.az xəbər verir ki, müxtəlif təhlükəli dəniz canlılarının sərgiləndiyi hovuzun 12 metr dərinliyinə üzən gənc orada Azərbaycan bayrağı dalğalandırıb.

“Bir insan nə qədər özünü başqa göstərməyə çalışırsa çalışsın, onun arzularından, etdiklərindən kimliyini müəyyən etmək olur. Bu bayraq dünyanın hansı ölkəsində oluramsa olum, mənim kimliyim, mənim dünənim, mənim bu günüm, sabahım, mənim fəxrimdir!

Çox sevinirəm, arzularımdan birini həyata keçirdim. Dünyanın dörd bir tərəfindən gələn turistlərin, yerli insanların mənə “Vao” deməyinə baxın… Hər birinə bayrağıma, “Azərbaycan bayrağı” dedirtməyi bacardığım üçün, ilk dəfə o yerə Azərbaycan bayrağı ilə mən dalış etdiyim üçün çox sevincliyəm… O köpək balıqlarının arasına dalış etmək hər adamın işi deyil”, - Aysel Həsənova qeyd edib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR