Slimfit
  1. İDMAN

Azərbaycanlı "Tank" dünya kəmərini qazandı

Azərbaycanlı "Tank" dünya kəmərini qazandı
Sakura

Azərbaycanlı "Tank" dünya kəmərini qazandı

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub.

Publika.az xəbər verir ki, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə X.Əhmədov almaniyalı kikboksçu, məşhur "Nubia Sports" klubunun yetirməsi Kevin Herşlagla (Kevin Heerschlag) rinqə çıxıb. "Tank" ləqəbli kikboksçumuz 5 raundluq döyüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq Azərbaycan bayrağını başı üzərinə qaldırıb.

Dünya şöhrətli idmançımız ötən il keçirilmiş turnirdə də məhz almaniyalı kikboksçu üzərində qələbə qazanmışdı.

Qeyd edək ki, X.Əhmədov dünya miqyaslı yarışlarda Azərbaycanı layiqincə təmsil etdiyinə və parlaq qələbələr qazandığına görə Prezident İlham Əliyev tərəfindən fəxri fərmanla təltif olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR