Azərbaycanlı Rusiyanın ən zəngin 3-cü şəxsi oldu
Rusiyanın ən zəngin şəxslərinin yenilənmiş reytinqi açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.
Reytinqə əsasən ilk pillədə əvvəlki kimi milyarder Leonid Mixelson qərarlaşıb. Onun sərvəti 26.2 milyard dollar olub.
Siyahının ikinci pilləsində Gennadi Timçenkonun adı qeyd edilib. Mixelsonun ortağı olan bu şəxsin sərvəti 22.1 milyard dollardır. Timçenkonun sərvəti bir gün ərzində 268 milyon dollar artıb.
Siyahının üçüncü pilləsində isə Azərbaycan əsilli rusiyalı milyarder, “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərov yer alıb. Onun sərvəti 21.2 milyard dollar göstərilib.
Ən varlıların reytinqində dördüncü pilləni Vladimir Lisin (21.2 milyard dollar), beşinci pilləni isə Aleksey Mordaşov (20.4 milyard dollar) tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət