Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanlı rəssamların əsərləri Kapadokyada böyük heyranlıq doğurdu

Azərbaycanlı rəssamların əsərləri Kapadokyada böyük heyranlıq doğurdu
Sakura

Milyonlarla turistin səfər etdiyi qədim Kapadokyada fiziki imkanları məhdud 2 rəssamımızın “bir millət,…

Milyonlarla turistin səfər etdiyi qədim Kapadokyada fiziki imkanları məhdud 2 rəssamımızın “bir millət, iki dövlət” adlı sərgisi keçirilib.

Publika.az xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB, "AzəriMed", "Veysəloğlu" şirkətlərinin, "Lider Logistik"in və Türkiyənin Üçhisar bələdiyyəsinin dəstəyi ilə Kapadokyada fiziki imkanları məhdud olan iki gənc istedadlı rəssam Ramil Əhmədov və Behbud Cəfərquliyevin sərgisini təşkil ediblər.

Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü ilə bağlı təşkil edilmiş və bələdiyyə başqanları, QHT və KİV rəhbərlərinin, təşkilat sədrlərinin, aydınların və çoxlu sayda yerli sakinin iştirak etdiyi sərginin açılışında millət vəkili Qənirə Paşayeva gənc rəssamlar Ramil Əhmədovun və Behbud Cəfərquliyevin fitri istedadlarından bəhs edib. O qeyd edib ki, bu 2 istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır. Onun sözlərinə görə, sərgidə nümayiş edilən əsərlərə baxdıqca, sanki tamaşaçı Ramil Əhmədovun və Behbud Cəfərqulievin işıqlı könül dünyasına səyahət edir, onların xəyal və fikirlərinin məhsulu ilə tanış olur. Onların əsərlərində vətənpərvərlik bir xətt kimi keçir deyən millət vəkili Q.Paşayeva hər iki rəssamın Azərbaycan, Türkiyə, Qarabağımızla bağlı çəkdiyi əsərlərini xüsusi vurğulayıb:

"Ramilin və Behbudun qəlbində böyük bir Türk dünyası sevdası var və “bir millət iki dövlət” düşüncəsini onların bir sıra əsərlərində görmək mümkündür. Türkiyəni heç zaman görməsələr də, Türkiyəni çəkən bu gəncləri Türk dünyası daha yaxından tanımalıdır, onlara daha çox dəstək olmalıyıq və Türkiyədəki qardaş-bacılarımıza onlara göstərdikləri sevgi və dəstək üçün təşəkkür edirik".

Millət vəkili Q.Paşayeva gənclərə uğurlar arzulayıb və sərginin açılışında iştirak edən hər kəsə, özəlliklə sərginin təşkilində əməyi keçənlərə xüsusi təşəkkürünü bildirib. Millət vəkili bildirdi ki, sərgi iştirakçıları əsərləri almaqla birinci qrup əlil olan Ramilin və Behbudun əsərlərindən zövq almaqla yanaşı, həm də rəssama mənəvi və maddi dəstək vermiş olarlar.

Sərginin açılışında çıxış edən tədbirin təşkilatçılarından Üçhisar bələdiyyə başqanı Ali Karaaslan, Nevşehir bələdiyyə başqanı Atilla Seçen və Nevşehir bölgəsinin digər bələdiyyələrinin rəsmilər hər iki rəssamın yaradıcılığına heyran olduqlarını bildirblər və Azərbaycandan olan rəssam qardaşlarımızı burada görməkdən və sərgilərinin təşkilinə dəstək vermələrindən çox məmnunuq deyiblər.

Sərgiyə yüzlərlə insan gəlib və sərgi böyük maraqla qarşılanıb. Rəssamlar və ailə üzvləri onlara göstərilən dəstək üçün sərginin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.

Rəssamlarımız Ramil Əhmədovun və Behbud Cəfərquliyevin sənətsevərlərlə də görüşü olub, onları maraqlandıran sualları cavablandırıblar. Eyni zamanda sərginin təşkilatçıları hər iki rəssamımızın Kapadokyanın tarixi-mədəni yerləri ilə yaxından tanış olması, onların KİV nümayəndələri və sənətsevərlərlə görüşünü də təşkil ediblər. Azərbaycandan ilk dəfə getdikləri xarici ölkənin məhz qardaş Türkiyə olmasının və ilk sərgilərinin məhz qardaş Türkiyədə keçirilməsindən çox xoşbəxt olduqlarını deyən rəssamlarımız R.Əhmədov və B.Cəfərquliyev onlara bu xoşbəxtliyi yaşatdıqları üçün sərginin təşkilatçılarına təşəkkür ediblər, bundan sonra daha əzmlə çalışacaqlarını və yeni sərgilərə hazırlaşacaqlarını bildiriblər. Rəssamlarımızın bəzi əsərləri sənətsevərlər tərəfindən də alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR