Dərc edildi: Baxış sayı: 614
Azərbaycanlı rəssamın əsərləri Rusiyada nümayiş olunur
Əslən azərbaycanlı olan Viktor Lobaşevin 26 əsəri “Rusiya - Mənim Tarixim” tarixi parkında “Dəyişikliklər dövründəki Krasnodar 1990-2010” sərgisində nümayiş olunur.
Bu barədə “Kubanskiye Novosti” xəbər verib.
Qeyd edək ki, hazırda əmək veteranı olan Lobaşev Kubanda Rəssamlar Birliyinin üzvüdür. Bir çox mükafatlara layiq görülmüş rəssamın əsərləri dəfələrlə Rusiya və dünya səviyyəli bir sıra sərgilərdə nümayiş olunub.
Rəssamın əsərləri müxtəlif janrlarla - natürmort, peyzaj, şəhər və sənaye ilə xarakterizə olunur.
Agentliyin məlumatına görə, “Dəyişikliklər dövründəki Krasnodar 1990-2010” sərgisi cari ilin dekabrın 10-na kimi davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət