Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanlı rəssamın əsərləri Normandiyada sərgilənir

Azərbaycanlı rəssamın əsərləri Normandiyada sərgilənir
Sakura

Azərbaycanlı rəssamın əsərləri Normandiyada sərgilənir

Fransanın Normandiya regionunun Villye-Sür-Mer şəhərində keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın “Uşaqlıq yuxuları” silsiləsindən “Qəlb”, “Xeyir-dua”, “Mələyin doğumu”, “Mexaniki məhəbbət” kimi 8 əsəri sərgilənir.

Rəssamın əsərləri Fransanın bir çox şəhərlərində və Parisin nüfuzlu rəsm qalereyalarında sərgilənib.

Onun əsərləri həmişə professionallar və sənətsevərlər tərəfindən yüksək qiymətləndirilir. N.Nərimanbəyova Parisdə “Qrand Pale”də keçirilən “Art en capital” sərgisində “Adajio” diptixinə görə “TOİLE D'OR” mükafatına layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssam” statusunu qazanıb.

Qeyd edək ki, Villye-Sür-Mer şəhərində keçirilən sərgi “Stella Art International” assosiasiyası tərəfindən təşkil olunub. N.Nərimanbəyova artıq 6 ilə yaxındır ki, bu assosiasiya ilə əməkdaşlıq edir.

Sərgi sentyabrın 27-dək davam edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR