Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanlı rəqqas Moskvada qalib olub

Azərbaycanlı rəqqas Moskvada qalib olub
Sakura

Azərbaycanlı rəqqas Moskvada qalib olub

Moskva Dövlət Mədəniyyət İnstitutunun (MDMİ) tələbəsi Fərid Kazakov Moskvada keçirilən “Kreml ulduzları” müsabiqə-festivalının “Xoreoqrafiya” nominasiyası üzrə qran-pri mükafatına layiq görülüb. 

ONA xəbərinə görə, o, müsabiqə-festivalında məşhur fransız bəstəkarı Leo Ferrenin musiqisi əsasında hazırlanmış “Zamanla hər şey keçir” rəqsilə çıxış edib.

Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. Hazırda Rusiya dövlət təqaüdü çərçivəsində MDMİ-də təhsil alır. F.Kazakov həmçinin Moskvadakı Beynəlxalq gimnastika, akrobatika və “SanSara” Rəqsi Akademiyasının baş məşqçisi, eləcə də “Zabradance” Bakı gimnastika və rəqs məktəbinin müəllimidir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR