Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanlı rejissor vəfat etdi

Azərbaycanlı rejissor vəfat etdi
Sakura

Tanınmış teatr rejissoru və aktyor Ədalət Ziyadxanov vəfat edib

Tanınmış teatr rejissoru və aktyor  Ədalət Ziyadxanov vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə aktyor Elxan Rza “Facebook” hesabında məlumat verib.

Qeyd edək ki, Ədalət Ziyadxanov ötən il ruhi xəstəxanaya yerləşdirilmişdi.

Onu da əlavə edək ki, rejissor 1946-cı ildə Bakıda anadan olub. Əvvəllər Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.

Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyib. Ziyadxanovun Bakı Bələdiyyə Teatrında səhnələşdirdiyi Aqşin Babayevin “Oğul” əsəri “Dərviş” mükafatına layiq görülüb. 

Tamaşalarının böyük bir hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR