Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlı qız təhsil üçün Türkiyəyə getdi, özünə şirkət qurdu

Azərbaycanlı qız təhsil üçün Türkiyəyə getdi, özünə şirkət qurdu
Sakura

Azərbaycanlı qız təhsil üçün Türkiyəyə getdi, özünə şirkət qurdu

 

1992-ci ildə təhsil almaq üçün Türkiyəyə gedən azərbaycanlı Gülşən Qasımzadə böyük uğura imza atıb.

Oxu.Az xəbər verir ki, soydaşımız Türkiyədə "Çınar Doğal Kozmetik" adlı şirkət yaradıb.

Antalyada yaşayan G.Qasımzadə Türkiyə vətəndaşlığı alıb və şirkətinin istehsal etdiyi məhsulları dünyanın bir çox ölkəsinə satmağı planlaşdırır.

Həmyerlimiz deyir ki, iki il əvvəl hobbi olaraq təbii bitki kremləri və sabun hazırlamağa başlayıb. 

"Lakin ətrafımdakı insanlardan müsbət rəylər almağım bununla ciddi məşğul olmağıma səbəb oldu. Beləliklə də 2019-cu ilin aprelində şirkətimi qurdum".

G.Qasımzadənin sözlərinə görə, hazırda şirkəti günə 50 sabun, 30 qab krem istehsal edir:

"Sabunların hazırlanmasında əsas xam maddə zeytun yağlarıdır. Bundan başqa, digər bitki yağlarından da istifadə olunur. Məhsullarımız ancaq bitki yağlarından düzəldilir və tərkiblərində heyvan yağları, duz, alkoqol , neft məhsulları yoxdur".

Məhsullarını internet saytı vasitəsilə satışa çıxardıqlarını deyən şirkət sahibi qeyd edib ki, müştərilər üçün sabun və kremləri Türkiyənin hər yerinə çatdıra bilirlər:

"Hələ ixracata başlamamışıq, lakin ən yaxın zamanda məhsullarımızı ixrac edəcəyik. Başda Azərbaycan olmaqla, türk dövlətlərinə və Rusiyaya ixrac planlarımız mövcuddur".

Qeyd edək ki, G.Qasımzadə Azərbaycanda anadan olub və 1992-ci ildə Ege Universitetinin Biologiya fakültəsində təhsil almaq üçün Türkiyəyə gedib.

"Ailəmdən heç bir maddi dəstək almamışam, yalnız dövlətin verdiyi təqaüd hesabına oxumuşam. Həm maddi, həm də mənəvi baxımdan bir çox problemlərim olub. Ancaq düşünürəm ki, çətinliklər həmişə insanı inkişaf etdirir. Məzun olandan sonra müxtəlif tibbi qurumlarda və kosmetik məhsulların istehsalı sahəsində işləmişəm. İndi isə ən sevdiyim hobbimi işə çevriməyin xoşbəxtliyini yaşayıram", - deyə şirkət sahibi qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR