Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanlı qadın İsveçin ən nüfuzluları arasında

Azərbaycanlı qadın İsveçin ən nüfuzluları arasında
Sakura

Azərbaycanlı qadın İsveçin ən nüfuzluları arasında

İsveçin “Fokus” dərgisi yaxın illərdə ölkəni idarə edəcək siyasətçilərin adlarını açıqlayıb. Dərgi İsveçin 27 lideri ilə bağlı təhlil dərc edib.

Bu barədə Axar.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Məqalədə qeyd edilən siyasətçilər arasında İsveç parlamentinin azərbaycanlı deputatı, İsveç Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü Aylin Fazelianın da adı çəkilib. O, gələcəkdə İsveç Krallığını idarə edən siyasətçilərdən biri ola bilər. Bu barədə “Fokus” dərgisi geniş məqalə yayıb. “Fokus” dərgisi azərbaycanlı deputat haqqında geniş məlumat verib”.

Qeyd edək ki, Aylin əslən Güney Azərbaycandandır. Ailəsi 30 il əvvəl İsveçə köçüb. Bir müddət əvvəl Aylin Fazelian İsveç Sosial Demokrat Partiyasının Höteborq bölgəsi və ətraf şəhərləri üzrə rəhbəri seçilmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR