Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanlı professor COVID-19 xəstələrinin müalicəsində rəsmi icazəsi verilən dərmandan DANIŞDI

Azərbaycanlı professor COVID-19 xəstələrinin müalicəsində rəsmi icazəsi verilən dərmandan DANIŞDI
Sakura

Azərbaycanlı professor COVID-19 xəstələrinin müalicəsində rəsmi icazəsi verilən dərmandan DANIŞDI

Xəbər verdiyimiz kimi koronavirus xəstələrinin müalicəsində "Remdesivir" preparatından istifadənin effektivliyi elmi tədqiqatlarda sübut olunduqdan sonra Avropada aidiyyatı qurumlar tərəfindən istifadəsinə rəsmi şəkildə icazə verilib və artıq COVID-19 xəstələrinin müalicəsində sözügedən dərmandan istifadəyə başlanılıb.

Bununla bağlı açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, tibb sahəsində nüfuzlu elm adamlarının, o cümlədən də Köln Universitetindən olan alimlərin apardığı elmi tədqiqatlar zamanı preparatın ağır koronaviruslu xəstələrdə xəstəliyin kifayət qədər yüngül keçməsinə səbəb olduğu və hətta xəstəlikdən sağalma müddətini 11 günə endirdiyi sübut olunub.

Maraqlıdır, sözügedən dərman preparatından istifadə haqqında azərbaycanlı mütəxəssislər nə düşünür? Dərmanın istifadəsi azərbaycanlı koronaviruslu xəstələrə müjdə kimi təqdim edilə bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı azərbaycanlı professor, tibb eksperti Adil Qeybulla Sonxeber.az -a danışıb:

"Remdesivir ilk dəfə qızdırma zamanı istifadə olunan preparatdır. Bu preparat əslində koronavirusun COVİD-19 ştamında da effektivlik göstərir və yüngül formalarda agırlaşmaların və ölüm hallarının qarşısını xeyli alır. Buna baxmayaraq sözügedən dərman vasitəsi COVİD-19-un dərmanı hesab edilə bilməz. Hələlik yeganə bu ştama təsir edən antiviral dərman bu hesab edilir. Qalan digər preparatlar mənasız dərmanlardır, yəni mualicə prosesində heç bir təsirə malik deyil. ÜST məhz buna görə dərman preparatı kimi sxeminə həmin dərmanları daxil etməyib. Remdesivir birmanalı dərman forması da deyil, ümumi kompleks müalicədə istifadə edilir və müəyyən effekt göstərir. Preparatın qiyməti çox bahalı olduğundan Azərbaycanda yoxdur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR