Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanlı politoloq baş nazirin istefa səbəbini açıqladı

Azərbaycanlı politoloq baş nazirin istefa səbəbini açıqladı
Sakura

Azərbaycanlı politoloq baş nazirin istefa səbəbini açıqladı

Bu gün Ukraynanın baş naziri Aleksey Qonçaruk istefa verib.

Modern.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu istefa səbəbinin baş nazirə məxsus gizli səs yazısının bir neçə internet saytında yayılması olduğunu deyib:

“Həmin səs yazısında Qonçaruka oxşar səs nazirlərə deyir ki, prezident Vladimir Zelenskinin “iqtisadiyyatdan başı çıxmır və iqtisadi mövzularda başı dumanlıdır”. Qonçaruk və onun tərəfdarları səsin saxtalaşdırıldığını iddia edirlər. Buna baxmayaraq, Aleksey Qonçaruk doğru olanı etdi, səs onun olmasa da, prezidentə münasibətdə şübhə yeri qalmasın deyə o istefaya üstünlük verdi. Bəs gizli səs yazısını kim yazaraq saytlara servis edə bilərdi? Baş nazirin səs yazısını yazmaq üçün xüsusi avadandlıq lazımdır. Rusiyada bəlli mərkəzlər Ukraynanın güclənməsini və iqtisadi problemlərinin həllini istəmirlər”.

E.Şahinoğlu Ukrayna baş nazirinin telefonla gizli səs yazılarını Rusiya kəşfiyyatı əldə edərək ukraynalı oliqarx İqor Kolomoyskinin saytları vasitəsilə Ukrayna ictimaiyyətinə servis etdiyini də bildirib:

“Kolomoyski bu işə niyə qarışa bilərdi?Məsələ burasındadır ki, Kolomoyski hələ keçmiş prezident Pyotr Poroşenkonun onun bankı olan “Privatbankını” milliləşdirməsini hakimiyyətə bağışlaya bilmir. Kolomoyski həmin bankdan hakimiyyyətə qarşı təyziq vasitəsi kimi istifadə edirdi. Hakimiyyət dəyişdikdə Kolomoyski düşünürdü ki, bankını geri ala biləcək, hətta bu məqsədlə məcburi mühacirətdən geri qayıtdı. Ancaq prezident Vladimir Zelenski və baş nazir Aleksey Qonçaruk milliləşdirilən bankı Kolomoyskiyə qaytarmadılar. Kolomoyski öz saytları vasitəsilə səs yazısını yaymaqla istefa verən baş nazirdən intiqamını almış oldu. Görünür, Kolomoyskinin növbəti hədfə prezident Vladimir Zelenskidir...”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR