Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlı öz gücü ilə rusiyalıları şoka saldı

Azərbaycanlı öz gücü ilə rusiyalıları şoka saldı
Sakura

Bir neçə təhlükəli nömrə ifa edən həmyerlilərimiz tamaşaçıları onun etdiklərini təkrarlamamağa çağırıb

Azərbaycanlı pəhləvan Əmir Balakənli İrkutskda öz saçları ilə çoxtonnajlı yük maşınını dartıb və bununla da, onu izləyən hər kəsi, eləcə də yük maşınının sürücüsünü şoka salıb. O, həmçinin digər nömrələr də göstərib.

Sputnik Azərbaycan-ın məlumatına görə, pəhləvanın çıxışı İrkutsk telekanalı vasitəsilə yayımlanıb. Balakənli Umumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) İrkutsk Dairə Şurasının (İDŞ) dəvəti əsasında ora gedib.

O, əvvəlcə iti baltanı öz bədənində sınaqdan keçirib, sonra isə iti xəncərlərin üzərinə uzanıb. Ardınca dişi ilə üstündə böyük adamın oturduğu kətili saxlayıb. Daha sonra yerə uzanıb və onun üstündən "Niva" markalı avtomobil keçib.

Balakənlinin göstərdiyi nömrələr ağır tonnajlı (17,5 ton) yük maşınını saçlarına bağlayaraq bir neçə metr çəkməsi ilə yekunlaşıb. Pəhləvan tamaşaçılara, xüsusilə də uşaqlara bu nömrələri təkrarlamamağı tövsiyə edib.

İDŞ-nin sədri Alizar Salayevin sözlərinə görə, onlar Əmir Balakənlini bayramlarda, xüsusi tədbirlərdə tez-tez İrkutska dəvət edirlər. İstəyirlər ki, onu istedad və bacarıqları ilə təkcə Azərbaycanda deyil, dünyanın hər yerində tanısınlar.

Pəhləvan uşaqlıqdan məşhurlaşmağa başlayıb. O, evdə özbaşına məşq edərək bu nömrələri hazırlamağa nail olub. 23 yaşından etibarən səhnədə çıxış edir.

"Əvvəlcə mənə çətin idi, sonra zamanla öyrəşdim və asanlaşdı. Bir neçə dəfə zədə almışam, qabırğamı qırmışam. Amma bu, mənim işimdir. Öz üzərimdə işləmək və yeni nömrələr hazırlamaq niyyətindəyəm" - deyə Balakənli bildirib.

 Rusiyalı həmyerlilərimiz arasında xüsusilə populyar olan Balakənli, hazırda müxtəlif ölkələrə qastrola çıxmağa hazırlaşır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR