Azərbaycanlı opera muğənnisi Fransanın tarixi qəsrində tamaşada çıxış edib
Azərbaycanın opera müğənnisi - bariton Cavid Səmədov Fransanın tarixi qəsrində keçirilən opera tamaşasında çıxış edib.
"Report"un Fransa bürosu xəbər verir ki, Nürnberq Dövlət Opera Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, vokalçıların Müslüm Maqomayev adına I beynəlxalq müsabiqəsinin qalibi Cavid Səmədov Fransanın qədim Vənsen qəsrində, açıq havada göstərilən Cyakomo Puççinin "Pikkola Toska" operasında Angelotti rolunu ifa edib.
Fransalı operasevərlər azərbaycanlı opera müğənnisinin ifasını böyük alqışlarla qarşılayıblar.
Cavid Səmədov 6 iyul tarixində Fransanın tarixi San-Jermən-an-Ley qəsrində, 7 sentyabr tarixində isə Fransanın milli abidəsi olan İnvaliddə açıq havada keçiriləcək opera tamaşasında çıxış edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət