Dərc edildi: Baxış sayı: 1489
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi
Türkiyənin İstanbul şəhərində keçirilən dünyaca məşhur “Best Model of The World – 2019” beynəlxalq model müsabiqəsinin final gecəsi baş tutub.
Oxu.Az xəbər verir ki, 40 ölkədən yarışmaya qatılan iştirakçılar arasında birinciliyi azərbaycanlı model Nuru Əhmədov qazanıb. “Best Model of the World”da ikinci yerə Belçika, üçüncü yerə isə Türkiyə təmsilçiləri çıxıb.
Xatırladaq ki, Nuru Əhmədov “Best Model of Azərbaycan-2019” və “Mister Grand Azerbaijan-2018" milli model müsabiqələrinin qalibi olub. Nurunun 188 sm boyu var.
Qeyd edək ki, “Best Model of The World" müsabiqəsinin 12 il öncəki qalibi azərbaycanlı model Rüstəm Cəbrayılov olub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət