Dərc edildi: Baxış sayı: 537
Azərbaycanlı iş adamlarından Tiflisə yardım: Koronaya görə...
Gürcüstanda koronavirusla mübarizə üçün yaradılan StopCoV fonduna ianə toplanışı davam edir. Artıq fonda 9 milyon lari (3 milyon dollara yaxın) vəsait toplanıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Biznes Ombudsmanı Aparatı məlumat yayıb.
Fonda böyük məbləğdə ianələri iri şirkətlər edib.
Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyinin üzvləri və ayrı-ayrı iş adamları da fonda yardım keçiriblər.
Gürcüstan Prezidenti Salome Zurabasvili 30 min lari pul köçürüb.
Qeyd edək ki, StopCoV fondu martın 24-də yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət