Dərc edildi: Baxış sayı: 1010
Azərbaycanlı iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 manat vəsait köçürüb
Azərbaycanın cəbhə bölgəsində gedən döyüşlərdə ordumuza nəinki ölkə daxilində, eləcə də, xaricdə yaşayan həmvətənlərimiz də dəstək olur.
Ölkəmiz üçün önəmli bir dövrdə əsgərlərimizə maddi və mənəvi dəstək olmaq hər bir vətəndaşın borcudur.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu məqsədlə Ukraynada yaşayan azərbaycanlı iş adamı Qasımov Orxan Şahin oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 20 000 (iyirmi min manat) manat vəsait köçürüb.
Azərbaycanlı iş adamı xalqımızın, hər bir Azərbaycan vətəndaşının hər zaman olduğu kimi, bu gün də dövlətimizin yanında olduğunu qürur hissi ilə vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət