Dərc edildi: Baxış sayı: 504
Azərbaycanlı hakimlər Avroliqa oyununa təyinat aldı
UEFA azərbaycanlı futbol hakimlərinə növbəti təyinat verib.
AFFA-nın məlumatına görə, ədalət təmsilçilərimiz Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iş başında olacaqlar.
İyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya) – “Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını FİFA referisi Rəhim Həsənov idarə edəcək.
Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq.
Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət