Dərc edildi: Baxış sayı: 466
Azərbaycanlı hakim-inspektor UEFA kursunda
Niderlandın paytaxtı Amsterdamda UEFA-nın hakim-inspektorlar üçün növbəti kursu işə başlayıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 6-cı dəfə təşkil olunan kursa UEFA hakim-inspektoru Asim Xudiyev də qatılıb. Tədbir iki gün davam edəcək.
Qeyd edək ki, 2006-cı ildən keçirilən kursların budəfəki modulu 2020 - 2022-ci illəri əhatə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət