Dərc edildi: Baxış sayı: 421
Yan xətt hakimi funksiyasını isə Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasındakı yoldaşlıq oyununu idarə edəcək. Bu barədə Sputnik Azərbaycan-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağayev sentyabrın 10-da Rostov şəhərində keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Yan xətt hakimi funksiyasını isə Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət