Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanlı hakerlər Paşinyan hökumətinin daxili şəbəkəsinə nüfuz etdi – 55 terabayt məlumat ələ keçirildi

Azərbaycanlı hakerlər Paşinyan hökumətinin daxili şəbəkəsinə nüfuz etdi – 55 terabayt məlumat ələ keçirildi
Sakura

Azərbaycanlı hakerlər Paşinyan hökumətinin daxili şəbəkəsinə nüfuz etdi – 55 terabayt məlumat ələ keçirildi

Ermənistana vahid kiber təhlükəsizlik mərkəzi lazımdır.

Ens.az Konkret.az-a istinadən xəbər verir ki, bunu media eksperti və informasiya təhlükəsizliyi mütəxəssisi Samvel Martirosyan öz Facebook səhifəsində yazıb.

Martirosyanın sözlərinə görə, azərbaycanlı hakerlər hökumətin daxili şəbəkəsinə nüfuz edib 55 terabayt məlumat yüklədiklərini söyləyiblər.

“Bunun doğru olub-olmadığını məndən soruşmayın. Bilmirəm. Şərhləri eşitmək yaxşı olardı. Və nəhayət, Ermənistanda vahid kiber təhlükəsizlik mərkəzinin nə vaxt yaradılacağını, kritik infrastrukturun qorunması məsələsinin nə vaxt qaldırılacağını başa düşmək lazımdır” deyib Martirosyan.

Mütəxəssis vurğulayıb ki, çox sızmalar olub, lakin səbəb heç vaxt müəyyənləşdirilməyib və bu cür nöqsanlara cavabdeh şəxsin adı çəkilməyib.

Son iki ayda azərbaycanlı hakerlər tərəfindən erməni mənbələrinin hack edildiyi və şəbəkəyə göndərdikləri məlumatların yayılması ilk dəfə deyil.

Bundan əvvəl Martirosyan istifadəçilərə erməni saytlarına təhlükəli spamların yayılması barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, Ermənistan mediasına DDoS hücumu Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən təşkil olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR