Dərc edildi: Baxış sayı: 712
Azərbaycanlı gənclərin Latviyada təhsil almaq imkanı yaranıb
Latviya Respublikası Hökuməti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.
Azərbaycan Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi aprelin 1-dir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət