Azərbaycanlı gənclər Misirdə keçirilən Forumda iştirak edirlər
Misirin Şarm-əl-Şeyx şəhərində Prezident Əbdül Fəttah əs-Sisinin himayəsi altında keçirilən Dünya Gənclər Forumunda Azərbaycandan bir qrup gənc fəal da iştirak edir. Forumun məqsədi dünyadakı fəal gəncləri bir araya gətirərək sülh, inkişaf və kreativlik mövzularında qlobal çağırışlara həll yollarının axtarışıdır.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə 142 ölkədən 5 mindən çox gənc iştirak edir.
Forumun iştirakçısı, Macarıstanda yaşayan diaspor nümayəndəmiz Murad Aslanlı bildirib ki, o, ilin ən böyük gənclər tədbirində fəal iştirak edir. O və digər azərbaycanlı gənclər forum çərçivəsində müxtəlif sessiyalarda iştirak edərək Azərbaycan diasporunu bu mötəbər tədbirdə təmsil edir. Bildirib ki, forumun proqramı müxtəlif sahələri və gəncləri maraqlandıran mövzuları əhatə edir, dünya gənclərinin fikir və təcrübə mübadiləsi üçün platforma yaradır.
M.Aslanlı Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin iştirak edəcəyi Dünya Gənclər Teatrına və Sülh Marafonuna da dəvət aldığını bildirıb.
Forumda Azərbaycanın Misirdəki səfiri Tural Rzayev da iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət