Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlı gəncin qeyri-adi ixtirası

Azərbaycanlı gəncin qeyri-adi ixtirası
Sakura

Azərbaycanlı gəncin qeyri-adi ixtirası

Azərbaycanlı gəncin hazırladığı layihə gerçəkləşərsə, çirklənmiş göllərin təmizlənməsi daha rahat üsulla həyata keçirilə bilər.

BAKU.WS xəbər verir ki, Respublika ərazisində olan çirklənmiş gölləri təmizləmək bir qədər də asanlaşa bilər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin builki məzunu Əlirza Orucovun "Təmiz ada" layihəsi reallaşarsa külək enerjisindən istifadə etməklə gölləri daha rahat formada təmizləmək mümkündür.

Tələbə bu haqda "ATV xəbər"ə danışıb. Layihənin holland peyzajı şəklində tətbiqi nəzərdə tutulur. Layihə ilk baxışdan böyük vəsaitin tələb olunduğu kimi görünə bilər, amma heç də belə deyil. Hazırda layihəni həyata keçirilməsi üçün Əlirza Orucov investorlar axtarır.

Qeyd edək ki, bu layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə dövlət agentliyi tərəfindən ən yaxşı tələbə işi seçilib.

Xatırladaq ki, tələbə bir müddət əvvəl kameradan yayınmağa imkan verən hərbi geyim hazırlamışdı.

Hüseyn Məmmədsalahov
BAKU.WS

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR