Dərc edildi: Baxış sayı: 2533
Azərbaycanlı gəncin dizayn etdiyi qeyri-adi avtomobil ABŞ-da təqdim edildi
Azərbaycanlı gənc avtomobil dizayneri Samir Sadıxovun əməkdaşlıq etdiyi Hyundai şirkətinin premium subbrendi olan Genesis markası üçün dizayn etdiyi avtomobili təqdim edilib.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış rus avtobloger Alan Enileyev məlumat verib.
Uzun illərdir avtomobil dizayneri kimi çalışan Samir və həmkarı Arseninin birgə ərsəyə gətirdiyi avtomobil "Genesis Mint" adlanır.
ABŞ-ın Nyu York şəhərində avtomobil həvəskarları üçün təqdim olunan yeni konsept böyük maraq cəlb edib. Mühərriki elektriklə çalışan "Genesis Mint" tam enerji ilə 200 mil məsafəni qət etmək imkanına malikdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət