Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlı gənc skripkaçının növbəti uğuru

Azərbaycanlı gənc skripkaçının növbəti uğuru
Sakura

Azərbaycanlı gənc skripkaçının növbəti uğuru

Gənc skripkaçı Canel Nəcəfli ABŞ-da keçirilmiş “Boulder Bach” Festival adlı mötəbər klassik musiqi yarışmasında 39 ölkədən qatılmış 273 iştirakçı və “University” kateqoriyasında olan 49 nəfər arasında mükafatlandırılmış 10 nəfərdən biri olub.Ens.az  SİA-ya istinadən xəbər verir ki, C. Nəcəfli 2021-ci ildə həmin festivalda canlı çıxış etmək üçün ABŞ-a dəvət alıb. Qaliblərə diplomlar 1-2 həftə müddətində təqdim ediləcək.

Əslən Şuşadan olan Canel Nəcəfli 2002-ci ildə Bakıda anadan olub. O, hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Simli alətlər kafedrasının qiyabi təhsil üzrə, Çexiya (Plzen) Konservatoriyasının isə əyani təhsil üzrə II kurs tələbəsidir. İlk solo çıxışlara 2014-cü ildən başlayıb. O, bir çox beynəlxalq müsabiqələrin qalibidir. 2018-ci ildə Brüsseldə keçirilən “Grumiaux” beynəlxalq müsabiqəsində qazandığı diplom ona Bakı Musiqi Akademiyasında müsabiqədənkənar təhsil almaq şansı verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR