Dərc edildi: Baxış sayı: 667
Azərbaycanlı gənc Almaniya televiziyasına müsahibə verdi
Azərbaycanlı gənc Ruslan Vəliyev Almaniyanın Nuremberg şəhərində yerli televiziya kanalına müsahibə verib
Müsahibəni olduğu kimi sizə təqdim edirəm.
- Sizi Almaniyanın Nurmberg şəhərində görməkdən çox şadıq! İlk əvvəl bizə şəxsiniz haqqında məlumat verməyinizi və ölkəmizdə hansı məqsədlə səfərdə olduğunuzu bilmək istəyirik. Həmçinin bizə Azərbaycan haqqında və xüsusilə də paytaxt Bakı şəhəri haqqında məlumat verməyinizi xaiş edirik.
- Mən ilk növbədə sizə öz təşəkkürümü bildirirəm və sizin xalqınızın, həmçinin, sizin ölkənizdə yaşayan azərbaycanlıların qarşıdan gələn Yeni İl bayramını ürəkdən təbrik edirəm! Mən Vəliyev Ruslan Elşad oğlu 21 yaşım var, Gəncə şəhərində yaşayıram, Gəncə Azərbaycanın 2-ci böyük şəhəridir. Azərbaycan Dövlət Aqrar Universitetində Menecment oxuyuram, universitet Gəncə şəhərində yerləşir. Hazırda Odlar Yurdu Gənclər İctimai Birliyində baş katib olaraq çalışıram. 4 ildir ki, ictimai fəaliyyətim var, fəal gəncəm. Sizin ölkəniz həqiqətən çox gözəldir, mən və dostlarım sizin ölkənizi və Nurnberg şəhərini çox bəyəndik. Bildirmək istəyirəm ki, biz 2-9 dekabr tarixlərində Almaniyanın Wurzburq şəhərində keçirilən Odlar Yurdu Gənclər İctimai Birliyinin tərəfdaşı olduğu və 7 ölkədən (Almaniya, Ruminiya, Macarıstan, Makedoniya, Bolqarıstan, Türkiyə və Azərbaycan) 42 nəfər iştirakçının qatıldığı "Communication lab" adlı Erasmus+ layihəsində iştirak edirik. Bu gün artıq layihənin 4-cü günüdür və biz artıq Almaniyanın bir çox şəhərlərində olmuşuq ki, bunlardan da ən çox bəyəndiyimiz Frankfurt və Nurmberg olub. Biz layihə müddətində bir çox təlimlərə qatılırıq, ekskursiyalar edirik və ən əsası faydalı məlumatlar öyrənirik.
Bildirmək istəyirəm ki, sizin paytaxt Bakı haqqında məlumat istəməyiniz məni çox sevindirdi. Mən sizin sualınıza cavab verməyə şad olacam. Mən bildirmək istəyirəm ki, biz layihənin 2-ci günü Azərbaycanımız haqqında və paytaxtımız Bakı şəhəri haqqında təqdimat ilə çıxış etdik.Təqdimatda biz Azərbaycan Respublikasının milli geyimləri, yeməkləri, adət və ənənələri, həmçinin, tarixi haqqında geniş məlumat verdik. Mən bu məlumatları sizədə çatdırmağı özümə borc bilirəm. Respublikamızda 10 milyon əhali yaşayır və onların çoxu paytaxt Bakıda yaşayır, ölkəmiz tolerant ölkədir və bizdə bu yaxın ayda dünya dini liderlərinin toplantısı keçirildi. Həmçinin, dünya ölkələrinin əksəriyyətinin üzv olduğu qoşulmama hərəkatına ölkəmiz 3 il müddətində sədrlik edəcək.
Bu böyük toplantı da məhz paytaxt Bakıda keçirildi. Bizim ölkəmizdə daha böyük tədbirlər həyata keçirilir, biz mötəbər forumlara ev sahibliyi etmişik. Bundan başqa bildirmək istəyirəm ki, Azərbaycan qədim tarixi və zəngin mədəniyyəti ilə fərqlənir. Ölkəmizin müharibə şəraitində olmasına və torpaqlarımızın 20% nin işğal altında olmasına baxmayaraq hər keçən gün inkişaf edir və güclənir! Biz cənab prezidentimizin, ali baş komandanımızın uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımızın tez bir zamanda azad olacağına əminik. Çünki cənab prezidentin mənim kimi milyonlarla əsgəri var və biz hər sahədə öz gücümüzü göstəririk.
Bu gün Azərbaycan gəncliyi beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edir. Sizin məlumat almaq istədiyiniz paytaxt Bakı şəhəri isə hər keçən saat daha da gözəlləşir və böyüyür. Bu gün Bakı qədim tarixin və müasir tarixin qovuşduğu ən möhtəşəm məkandır. -
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət