Dərc edildi: Baxış sayı: 492
Rusiyanın "Krılya Sovetov" klubu futbolçusu Azər Əliyevlə yolları ayırıb.
Rusiyanın "Krılya Sovetov" klubu futbolçusu Azər Əliyevlə yolları ayırıb.
Qol.az-ın Premyer Liqa təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan əsilli yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Əliyev ötən mövsüm "Yenisey"dən Samara klubuna keçmişdi. O, “Krılya Sovetov”da 40 oyuna 5 qol vurub.
Qeyd edək ki, Azər Əliyev AFFA-nın milliləşdirmək istədiyi futbolçulardan biridir.
Xatırladaq ki, millimizin üzvü Ramil Şeydayev də “Krılya Sovetov”da çıxış edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət