“Azərbaycanlı futbolçu Messi kimi hamını keçib qol vurdu”
“Bu heç-heçəyə nəsə demək çətindir. Artıq qarşıdakı oyunlara baxmalıyıq”. “Qafqazinfo” xəbər verir ki, bunu Xorvatiya yığmasının yarımmüdafiəçisi Nikola Vlaşiç deyib.
Dünya ikinisi AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı bərabərə qalıb.
Qarşılaşmadan sonra ölkəsinin mətbuatına danışan 22 yaşlı pleymeyker millimizin müdafiəçisi Təmkin Xəlilzadənin argentinalı superulduz Lionel Messi kimi qol vurduğunu söyləyib: “Buraxdığımız qol epizodunda rəqibin oyunçusuna yaxın idik. Ancaq o, Messi kimi hamını aldadıb, qol vurdu. İlk hissədə yaratdığımız qol vəziyyətləri zamanı qapıçının reaksiyasına isə sözüm yoxdu. Yolumuzu çətinləşdirdiyimiz üçün hamı məyusdu. Amma hər şey yenə də öz əlimizdədi. Slovaklara qarşı oyunu növbəti matçlarda da təkrarlamaq kifayət edər. Macarıstanla qarşıdakı görüşdə mütləq 3 xal almalıyıq. Azarkeşlərimizin möhtəşəm dəstəyi ilə bunu bacaracağımıza inanıram”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət