Slimfit
  1. İDMAN

Azərbaycanlı futbolçu Estoniyadan çıxa bilmir: 'Vəziyyət ciddidir'

Azərbaycanlı futbolçu Estoniyadan çıxa bilmir: 'Vəziyyət ciddidir'
Sakura

Azərbaycanlı futbolçu Estoniyadan çıxa bilmir: 'Vəziyyət ciddidir'

Ötən ay Estoniyanın "Trans Narva" klubu ilə müqavilə imzalayan azərbaycanlı futbolçu Nurlan Novruzov sözügedən ölkədə problemlə üzləşib.

"Report" xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, koronavirusa görə ölkədə vəziyyət ciddidir: "Məşqlər və oyunlar ləğv olunub. Məktəblər, hətta marketlər də bağlanıb. Ölkədən çıxışa icazə verilmir. Vəziyyət ciddidir. Allah hamıya kömək olsun".

Qeyd edək ki, "Bakı", "Sumqayıt", "Zirə", "Səbail" kimi komandaların formasını geyinib. O, son olaraq Moldovanın "Dinamo-Avto" klubunda çıxış edib. Forvard 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR